525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Elektron sənəd sisteminə keçid təkcə Azərbaycana məxsus deyil, bu, dünyanın əksər inkişaf etmiş ölkələrində tətbiq olunan qlobal bir prosesdir. Kağız daşıyıcılardan imtina edilməsi külli miqdarda kağız israfının qarşısını alır, bu isə öz növbəsində ağacların kəsilməsini azaldaraq ekoloji mühitə müsbət təsir göstərir. Elektron sistem sənədlərin saxtalaşdırılma riskini sıfıra endirir və qiymətləndirmə prosesində tam şəffaflığı təmin edir”.
Təhsil eksperti Elçin Əfəndi bunu 525.az-a söyləyib. Ekspertin dediyinə görə, artıq dövlət nümunəli təhsil sənədlərinin - həm attestatların, həm də diplomların mərhələli şəkildə elektron formaya keçirilməsi prosesi sürətlənib:
“Əvvəlki illərdə məzunların ən çox qarşılaşdığı problemlərdən biri sənədlərin gec verilməsi idi. Kağız diplomların hazırlanması aylar çəkirdi. Tədris iyun ayında bitsə də, tələbələr diplomlarını bəzən oktyabr-noyabr aylarında, hətta bir ilə yaxın müddətdən sonra əldə edə bilirdilər. Elektron sistem bu vaxt itkisini aradan qaldırır və sənədin dərhal əlçatan olmasını təmin edir. Bu addım müasir dövrün tələbi olmaqla yanaşı, təhsil sistemində şəffaflığın artırılmasına xidmət edən mütərəqqi bir qərardır”.
Sevinc Qarayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.