AZ

"Buraxılış imtahanının vaxtının 3 saat olması nəzərə alınmalıdır" -Repetitordan DİM sədrinə CAVAB

Dövlər İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, bu il buraxılış imtahanına daha çox təhlil tələb edən, düşündürücü suallar daxil ediblər.

Bəs sualların təhlil tələb edən və düşündürücü olması nə qədər düzgündür?

Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi ki, düşündürücü sualların olması daha yaxşıdır.

Onun sözlərinə görə, düşündürücü suallar olduğu halda şagirddən fərqli düşüncə tələb olunur:

"Amma ortada vaxt məsələsi var. Elə şagirdlər var ki, onların imtahanda yüksək nəticə göstərmə ehtimalı çoxdur. Lakin 3 saat ərzində suallar nə qədər düşündürücü olsa, bir o qədər də vaxt aparır. Bu zaman isə vaxt məhdudiyyəti şagirdlərdə haqlı etiraz yaradır. Etiraz təkcə şagirdlərdə olmur, müəllimlərdə də olur. Elələri var ki, imtahandan sonra deyirlər: “Yaza bilərdik, amma vaxt çatmadı”. Buraxılış imtahanının vaxtının 3 saat olması nəzərə alınmalıdır. Məsələdə razılaşmadığımız məqam vaxt məhdudiyyətidir".

Aytəkin TOFİQQIZI

Seçilən
2
1
redaktor.az

2Mənbələr