Qərb ölkələri Ukrayna prezidenti Vladimir Zelenskiyə Moskvada keçiriləcək Qələbə Paradına hücum etməmək barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə “Focus”nəşri məlumat yayıb.
Bildirilib ki, Kiyevin Qərb müttəfiqləri belə bir addımı dəstəkləməyəcək və onlar bunun Ukrayna üçün ciddi reputasiya itkisinə səbəb ola biləcəyini düşünürlər.
Məlumata görə, Zelenski Ukrayna dronlarının Moskva üzərində fəaliyyət göstərə biləcəyini desə də, real hücumun ehtimalı aşağı qiymətləndirilir. Buna səbəb isə Rusiyanın sərt cavab zərbəsi ilə bağlı açıq xəbərdarlığıdır.
Qərb ekspertləri bildirir ki, 9 May paradına mümkün hücum beynəlxalq ictimaiyyətdə Ukraynaya olan dəstəyi zəiflədə bilər.