AZ

​9 may paradı ilə bağlı daha bir qadağa Onlar Qırmızı Meydana buraxılmayacaq

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kreml 9 May paradına xarici medianı buraxmayacaq. Onlara bir müddət əvvəl göndərilən dəvət və akkreditasiyalar ləğv olunur.

“AzPolitika” xəbər verir ki, Almaniyanın “Spiegel” nəşrinin bu barədə məlumatını Kreml də təsdiqləyib.

Məlumatda deyilir ki, ARD, ZDF, Sky, AFP xəbər agentliyi, İtaliyanın Rai televiziyası və Yaponiyanın NHK televiziyalarının akkreditasiya müraciətləri rədd edilib. Əvvəlki icazələr isə ləğv olunub.

"Mövcud vəziyyətə görə, paradı işıqlandırma formatı dəyişdirilib. Buna görə də, artıq akkreditasiya almış xarici mediaya icazə verilməyəcək", - Kremlin məlumatında deyilir. Parada yalnız Rusiya media orqanlarının girişinə icazəsi verilir.

“Spiegel” yazır ki, bu, xarici medianın 9 May paradı üçün akkreditasiya aldığı, lakin sonradan ləğv edildiyi ilk haldır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azpolitika.info

1Mənbələr