AZ

Rusiyanın cənubundakı 13 hava limanı müvəqqəti bağlanıb

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu addım Aeronaviqasiya administrasiyasının binasına pilotsuz təyyarənin hücumundan sonra atılıb

Rostov-na-Donu şəhərindəki Aeronaviqasiya administrasiyasının binasına pilotsuz təyyarənin hücumundan sonra Rusiyanın cənubundakı on üç hava limanı müvəqqəti olaraq bağlanıb.

AYNA.AZ-ın Rusiya mediasına istinadən məlumatına görə, agentlik işçilərinin təhlükəsiz olduğunu bildirib.

Mütəxəssislər hazırda avadanlığın funksionallığını yoxlayırlar və bu da ölkənin cənubunda hava hərəkətinin idarə edilməsi prosedurlarında müvəqqəti dəyişikliklərə səbəb olub.

Hadisə ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi, Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) və aviaşirkətlər uçuş cədvəllərini tənzimləyirlər.

Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elistadakı hava limanları müvəqqəti olaraq bağlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
ayna.az

1Mənbələr