AZ

“Putin atəşkəs elan etsə də, hücumlar davam edir” Zelenski

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 8-nə keçən gecə Rusiya Ukraynaya qarşı “Shahed”, “Gerbera”, “İtalmas” tipli və “Parodiya” adlı imitasiya pilotsuz uçuş aparatları da daxil olmaqla ümumilikdə 67 PUA ilə hücum həyata keçirib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

İlkin məlumatlara görə, Bakı vaxtı ilə saat 09:00-a olan vəziyyətdə Ukrayna hava hücumundan müdafiə qüvvələri ölkənin cənub və şərq bölgələrində 56 Rusiya PUA-sını məhv edib və ya sıradan çıxarıb. Bununla yanaşı, 11 zərbə dronunun səkkiz müxtəlif nöqtəyə düşdüyü bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-i səhər saatlarında açıqlamasında bildirib ki, Rusiyanın elan etdiyi atəşkəsə baxmayaraq, cəbhədə hücumlar və artilleriya atəşləri davam edir.

Zelenskinin sözlərinə görə, səhər saat 07:00-a qədər cəbhə xəttində Ukrayna mövqelərinə 140-dan çox atəş qeydə alınıb. Rusiya ordusu gecə ərzində 10 hücum əməliyyatı həyata keçirib və onların böyük hissəsi Slavyansk istiqamətində baş verib. Prezident əlavə edib ki, Rusiya qüvvələri FPV dronları, “Lancet” və digər müxtəlif tipli pilotsuz aparatlarla 850-dən çox zərbə endirib. Eyni zamanda, cəbhəyanı yaşayış məntəqələrinin üzərində kəşfiyyat dronlarının fəaliyyəti də davam edib.

“Ötən gün olduğu kimi, bu gün də Ukrayna güzgü prinsipi ilə cavab verəcək. Biz öz mövqelərimizi və insanlarımızın həyatını qoruyacağıq. Rusiya bu müharibəni bitirməlidir və sülhə doğru real addım atılanda bunu hamı görəcək”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri Rusiyanın Yaroslavl şəhərində yerləşən neft emalı obyektinə edilən hücuma da münasibət bildirib. Onun sözlərinə görə, söhbət “Rusiyanın müharibəsini maliyyələşdirmək baxımından mühüm əhəmiyyət daşıyan” neft sənayesi obyektindən gedir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
50
azpolitika.info

10Mənbələr