AZ

AQTA: Gürcüstandan gətirilən kəsimlik heyvanlar geri qaytarılıb

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısı alınıb.

Bu barədə "Yeni Sabah"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

“Aqrovest MT” MMC-in Gürcüstandan gətirdiyi 89 baş kəsimlik diri iribuynuzlu heyvan “Qırmızı Körpü”də kliniki və laborator müayinədən keçirilib. Pepperoni pizza

Aparılan nəzarət tədbirləri zamanı 4 baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb. Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub. 

Mövcud risklər nəzərə alınaraq heyvanların ölkəyə idxalına icazə verilməyib və mənşə ölkəsinə geri qaytarılıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
yenisabah.az

1Mənbələr