AZ

ABB beynəlxalq maliyyə bazarlarından 300 500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 8 may, AZƏRTAC

ABB gələcəkdə beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb etmə imkanlarını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimoun ABB-nin dayanıqlılıq hesabatına dair mətbuat konfransında deyib.

O bildirib ki, ABB Körfəz ölkələrinin maliyyə bazarlarından cəlb etdiyi vəsaitin həcmini 230 milyon dollara çatdırıb.

“ABB əvvəl 100 milyon dollarlıq maliyyə vəsaiti cəlb edib. Sonradan tərəfdaşlar tərəfindən banka daha böyük həcmdə vəsait ayırmaq təklif edilib. Cəlb edilən vəsait iri biznes layihələrinin, eləcə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək”, - deyə ABB sədri vurğulayıb.

Fotoqraf - İlqar Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
azertag.az

3Mənbələr