Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 8 may, AZƏRTAC
Bakı Biznes Universitetinin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri üçün “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) uşaq hüquqlarının müdafiəsi sahəsində rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı məruzəçi qismində çıxış edərək, ombudsmanın mandatı, uşaq hüquqlarının müdafiəsi istiqamətində göstərdiyi fəaliyyət, uşaq hüquqları üzrə milli və beynəlxalq hüquqi baza, həmçinin uşaqların hüquqlarının təmin olunmasının əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib.
Bununla yanaşı, ombudsmana ünvanlanan müraciətlərin araşdırılması, monitorinqlərin keçirilməsi, pozulmuş hüquqların bərpası istiqamətində görülən işlər barədə məlumat tələbələrin diqqətinə çatdırılıb.
Ümumilikdə 100 nəfərdən artıq tələbənin faydalandığı maarifləndirmə tədbirində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.