AZ

“İdeal Kredit” BOKT-a müraciət edən müştərilərin sayı 40% artıb – HESABAT

BOKT “İdeal Kredit” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.

Təşkilatın yaydığı press-relizdə bildirilir ki, BOKT “İdeal Kredit” MMC-nin müştərilərə verilmiş kreditlərinin həcmi öncəki ilin eyni dövrü ilə müqayisədə 40 faiz artaraq 22 milyon 5 min manat təşkil edib. "Bu artım şirkətin maliyyələşdirmə imkanlarının genişləndiyini və müştəri etimadının yüksəldiyini göstərir", -press-relizdə bildirilir.

Qeyd edilib ki, hesabat dövründə şirkətin digər əsas maliyyə göstəricilərində də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, BOKT “İdeal Kredit”in cəmi aktivləri 35 faiz artaraq 24 milyon 187 min manata, cəmi kapital 42 faiz yüksələrək 10 milyon 352 min manata çatıb. Eyni zamanda, əməliyyat gəlirləri 31 faiz artaraq 6 milyon 63 minmanat, bölüşdürülməmiş mənfəət isə 46 faiz yüksələrək 9 milyon 706 min manat təşkil edib.

"Qeyd olunan nəticələr BOKT “İdeal Kredit” MMC-nin bazarda sürətlə böyüyən maliyyə institutlarından birinə çevrildiyini bir daha təsdiqləyir. Şirkət yalnız maliyyə göstəricilərində artım əldə etməklə kifayətlənmir, eyni zamanda regionlarda xidmət əlçatanlığını artırmaq istiqamətində fəaliyyətini davam etdirir.

Bu strategiyanın davamı olaraq yaxın günlərdə Naxçıvanda yeni filialın fəaliyyətə başlaması planlaşdırılır. Yeni filialın açılması şirkətin regional inkişaf strategiyasının mühüm hissəsi olmaqla yanaşı, daha çox müştəriyə operativ və çevik maliyyə xidmətlərinin təqdim edilməsinə imkan yaradacaq.

BOKT “İdeal Kredit” MMC qarşıdakı dövrdə də müştəriyönümlü yanaşmanı, çevik xidmət modelini və filial şəbəkəsinin genişləndirilməsini əsas prioritetlər kimi saxlayaraq dayanıqlı inkişaf istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir",- məlumatda bildirilir.

İş elanları AzVak.az-da

ideal kredit boktideal kredit mmcbokt ideal kredit maliyyə göstəriciləriideal kredit kredit portfeliideal kredit aktivləriideal kredit kapitalıideal kredit əməliyyat gəlirləriideal kredit mənfəətideal kredit naxçıvan filialıazərbaycanda bokt sektorbank olmayan kredit təşkilatı azərbaycanideal kredit kredit həcmiideal kredit inkişaf strategiyasıideal kredit maliyyə nəticələri
Seçilən
21
5
marja.az

6Mənbələr