AZ

"İran ABŞ-la razılaşmanı ondan daha çox istəyir" - Tramp

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran tərəfi hələ də Vaşinqtonla razılaşma əldə etmək istəyir.

Ölkə.az xəbər verir ki, onun sözlərini "The New York Times" yayıb.

“Düşünürəm ki, onlar bu razılaşmanı məndən daha çox istəyirlər”, – deyə Tramp jurnalistlərə bildirib.

ABŞ prezidenti qeyd edib ki, razılaşma “baş tutmaya da bilər, istənilən gün baş tuta da bilər”.

Hörmüz boğazında Amerika esminesləri ilə bağlı baş verən son hadisədən sonra Tramp bildirib ki, İran ABŞ ilə “flört edir”.

Həmidə İbrahimova

Seçilən
43
2
olke.az

3Mənbələr