AZ

Ermənistan Ağrı dağı xülyası ilə vidalaşır

ain.az bildirir, Modern.az portalına istinadən.

Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə partiyasının dövlət qurumlarına ictimai binalardan Ağrı dağının (erm.Ararat) təsvirlərinin silinməsi ilə bağlı göstəriş verdiyi iddia olunur.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, bir müddət əvvəl Ermənistan Milli Politexnik Universitetinin rəsmi loqosundan Ağrı dağının – ermənilərin “Masis” adlandırdığı simvolun çıxarılması planları gündəmə gəlmişdi. Hazırda loqosunda Ağrı dağı təsviri olan İrəvan Dövlət Universiteti də yeni loqotip hazırlanması üçün müsabiqə elan edib.

Məlumata görə, universitetin rektoru hakim partiyanın keçmiş deputatı Ovannes Ovannisyan, Himayəçilər Şurasının sədri isə Ermənistanın müdafiə naziri Suren Papikyandır.

Qəzet xatırladır ki, daha əvvəl Ermənistan hakimiyyəti yeni biometrik pasport nümunəsini təqdim etmişdi. Yeni dizaynda Xor Virap monastırı Ağrı dağının görünmədiyi rakursdan təsvir olunub.

Qeyd edilib ki, hökumət 2025-ci ilin sentyabrında ölkənin giriş-çıxış möhürlərindən də Ağrı dağı simvolunun çıxarılması barədə qərar qəbul edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
modern.az

1Mənbələr