AZ

Akif İslamzadənin son vəziyyəti açıqlanıb - YENİLƏNİB

"Akif İslamzadə dünən gecə 01:00 radələrində ürəyin ön divarının kəskin böyük infarktı ilə Mərkəzi Gömrük Hospitalına müraciət edib".

Bu barədə APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının Kordologiya şöbəsinin rəisi İlqar Tahiroğlu məlumat verib.

O bildirib ki, həmin vaxt Akif İslamzadənin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, dərhal təcili təxirə salınmaz tədbirlər görülüb:

"Ürəyin ən böyük damarı tamamilə tıxanmışdı. 100 faiz tıxaıqlıq və tromp var idi. Dərhal müdaxilə edildi və stent implantasiyası olundu. Bir gün reanimasiyada qaldıqdan sonra stansionar şöbəyə yerləşdirildi. Hazırdı vəziyyəti stabildir".

***

09:16

Akif İslamzadə xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya onun oğlu Ayxan İslamzadə məlumat verib.

Onun sözlərinə görə, Akif İslamzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır.

“Dünən axşam ürəyinə stent qoyulub. Hələlik həkimlər vəziyyəti ilə bağlı dəqiq məlumat verməyiblər”, - Ayxan İslamzadə bildirib

Seçilən
21
13
apa.az

10Mənbələr