“Neftçi”nin hücumçu Freddi Varqasla bağlı qərarını verdiyini bildirmişdik. “Ağ-qaralar” venesuelalı vingeri birdəfəlik transfer etmək istəyir.
Ancaq futbolçunun müqavilə ilə məxsus olduğu İsrailin “Makkabi” klubu “flaqman”dan ciddi məbləğdə təzminat tələb edir.
İdmanxeber.az Varqasla “Neftçi” arasında imzalanan sözləşmənin müəyyən detallarını əldə edib. 28 yaşlı futbolçunun “ağ-qaralar”la müqaviləsində 900 min dollar qarşılığında birdəfəlik satınalma bəndi qeyd edilib.
Əgər Azərbaycan klubu bu məbləği ödəyərsə, Varqas avtomatik klubun futbolçusu olacaq. Ancaq “Neftçi” rəhbərliyi məbləği azaltmaq üçün İsrail təmsilçisi ilə danışıqları davam etdirir. Hələlik, tərəflər ortaq məxrəcə gələ bilməyib.