AZ

Onlayn cinsi istismar halları kəskin artıb

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Onlayn cinsi istismar halları son 4 ildə 9-dan 1665-ə yüksəlib.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan Alverinə qarşı Mübarizə üzrə Xüsusi nümayəndəsi və Koordinatoru Ofisinin 2026-cı ilin mart ayında açıqladığı sorğu hesabatına əsasən, 2021–2024-cü illərdə iştirakçı dövlətlər tərəfindən ümumilikdə 102 min, təkcə 2024-cü ildə isə 30 min insan alveri qurbanı müəyyən edilib.

Hesabatda bildirilib ki, qurbanların 32 faizi məcburi əməyə, 21 faizi cinsi istismara, 17 faizi isə cinayətkar fəaliyyətə cəlb olunma formasında istismara məruz qalıb.

Sənəddə xüsusilə onlayn cinsi istismar hallarının kəskin artdığı vurğulanıb. Belə ki, 2021-ci ildə qeydə alınan 9 hal 2025-ci ildə 1665-ə çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
modern.az

1Mənbələr