AZ

Azərbaycan neftinin qiyməti 105 dollara endi

BAKI, 8 may. TELEQRAF

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.

Teleqraf xəbər verir ki, neftin 1 barelinin qiyməti 3.44 ABŞ dolları və ya 3.16% azalaraq 105.55 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Dərnəgül dayanacağında ilk dövrlərdə dayanacaqda illik 200 min sərnişinə xidmət göstəriləcəyi proqnozlaşdırılır.

O qeyd edib ki, 2030-cu ilədək yeni qatarların istismara verilməsi ilə bu göstəricinin 500 min sərnişinə qədər artacağı gözlənilir.

“Bakının mikrorayonları, Yasamal rayonu, o cümlədən “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları istiqamətində hərəkət edən sərnişinlər artıq Bakı Dəmiryol Vağzalına, yəni şəhər mərkəzinə gəlmədən, Dərnəgül dayanacağında düşərək yaxınlıqda yerləşən eyniadlı metro stansiyası və avtobuslarla səfərlərini rahat və operativ şəkildə davam etdirə biləcəklər.

Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb. Bu strateji layihənin tamamlanması Dərnəgül ərazisində yaşayan və işləyən əhali üçün komfortlu və sürətli nəqliyyat imkanları yaratmaqla yanaşı, paytaxtın ümumi nəqliyyat sisteminin təkmilləşdirilməsinə böyük töhfə verəcək”.

Qeyd edək ki, son illərdə ADY Abşeron dairəvi marşrutunun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, “ADY Mobile” mobil tətbiqi istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb. Nəticə etibarilə Abşeron dairəvi dəmir yolu üzrə reys sayı 66-dan 96-ya çatdırılıb.

Həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur. Bundan başqa, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı–Pirşağı–Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dəmiryol dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır. ADY tərəfindən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, hazırda layihələndirmə işləri icra olunur.

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə istifadədə olan xətlərdə Baş Keşlə və N.Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray, Güzdək və Binəqədi dayanacaqlarının yaradılması hesabına dayanacaqların sayı 22-yə çatacaq. 2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 40-a çatdırılması planlaşdırılır.

Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığı artırılacaq.

Həmçinin

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.

Teleqraf xəbər verir ki, neftin 1 barelinin qiyməti 3.44 ABŞ dolları və ya 3.16% azalaraq 105.55 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
40
23
teleqraf.com

10Mənbələr