Əmək münasibətlərinin rəsmiləşdirilməməsin görə 2025-ci ildə bir işəgötürən barəsində materiallar Baş Prokurorluğa göndərilib.
APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.
Qeyd edilib ki, müvafiq sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə 2025-ci ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1.047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanıb. Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 18-i haqqında ümumilikdə 92.200 manat məbləğdə inzibati cərimə tətbiq edilib.