Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Belə ki, onun vəziyyəti pisləşib və ötən gecə təcili yardımın ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılıb.
İfaçının oğlu Ayxan İslamzadə “Yeni Sabah”a açıqlamasında bu gün atasının hələ də xəstəxanada olduğunu deyib: pizza mizza
“Hələ də xəstəxanadayıq. Hazırda vəziyyəti stabildir. Bir azdan həkim müayinəsi olacaq, ondan sonra vəziyyəti tam dəqiqliklə biləcəyik. Amma böyük ehtimalla, salamatçılıq olacaq. Şükürlər olsun, vəziyyəti yaxşıdır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız