Tanınmış müğənni Akif İslamzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə modern.az-a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, hazırda Akif İslamzadənin vəziyyəti stabildir və həkim nəzarəti altında müalicəsi davam etdirilir.
“Hazırda Mərkəzi Gömrük Hospitalındayıq. Atamın vəziyyəti nisbətən stabildir. Həkimlərin müayinəsini gözləyirik”,- deyə Ayxan İslamov qeyd edib.
Qeyd edək ki, Azərbaycanın tanınmış estrada müğənnilərindən olan Akif İslamzadə ötən axşam infarkt keçirib.