
Avropa Birliyi liderləri Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya prezidenti ilə mümkün danışıqlara hazırlaşırlar.
Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Aİ-nin Rusiya ilə danışıqlar aparmaq potensialına malik olduğuna inanır.
O, Ukrayna prezidenti Volodymyr Zelenskinin də bu yanaşmanı dəstəklədiyini bildirib.
"Mən AB-yə üzv dövlətlərin 27 lideri ilə atacağımız addımları təşkil etməyin ən yaxşı yolunu müəyyən etmək və vaxtı çatanda Rusiya ilə effektiv şəkildə nəyi müzakirə etməli olduğumuzu aydınlaşdırmaq üçün danışıram", - Koşta bildirib.