AZ

CNN Brasil: Tramp Lula da Silvaya telefon danışığında rəğbət bəslədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp ötən həftə Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə telefon danışığı zamanı ona sevgisini etiraf edib.

Bu barədə CNN Brasil məlumat yayıb.

Telekanalın mənbələrinə görə, söhbət zamanı tərəflər Braziliya liderinin Ağ Evə səfəri barədə razılığa gəliblər. Bildirilir ki, iki prezident arasında danışıq dostluq atmosferində keçib və görüşə hazırlıq məsələləri müzakirə olunub.

“Braziliya mənbələrinin məlumatına görə, təşəbbüs Trampdan gəlib. Söhbətin sonunda Trampın prezident Lulaya ‘Mən səni sevirəm’ dediyi bildirilir”, — xəbərdə qeyd olunub.

Seçilən
31
aznews.az

1Mənbələr