ain.az, Axsham.az saytına istinadən bildirir.
2000-ci illərin qızlardan ibarət məşhur qrupu "Pussycat Dolls" Şimali Amerikada planlaşdırılan konsertlərinin böyük hissəsini ləğv edib və yalnız bir çıxışı saxlayıb.
Axşam.az xəbər verir ki, qrup əvvəlcə üçlük formatında — Nikol Şerzinger, Eşli Roberts və Kimberli Uaytla geri dönüş etdiyini elan etmiş və ümumilikdə 53 konsertdən ibarət geniş turne planlaşdırmışdı. Lakin hazırlıq mərhələsində ABŞ və Kanadada biletlərə tələbatın gözləniləndən xeyli aşağı olduğu məlum olub.
Nəticədə sənətçilər Şimali Amerika mərhələsini demək olar ki, tamamilə ləğv etmək qərarına gəliblər. Yalnız "Outloud Festival" çərçivəsində bir çıxış qüvvədə qalıb.
Bununla yanaşı, turnenin Avropa hissəsi plan üzrə davam edir və daha yüksək maraqla qarşılanır. Bəzi konsertlərin biletləri artıq tam satılıb.
Turne ətrafında yaranan problemlər daxili narazılıqlarla da müşayiət olunur. Qrupun keçmiş üzvlərindən biri olan Cessika Sutta və digər sabiq iştirakçılar bildiriblər ki, onlar yenidən birləşmə ilə bağlı dəvət almayıblar və bu barədə mediadan xəbər tutublar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.