"Kral Klubu"nun müdafiə xəttində ciddi itki yaşanması gündəmdədir.
Fanat.Az xəbər verir ki, "Real Madrid"in fransalı cinah müdafiəçisi Ferlan Mendi peşəkar karyerasını erkən bitirmək barədə ciddi şəkildə düşünür.
Yaşadığı son zədə səbəbindən bir ildən çox yaşıl meydanlardan uzaq qalacağı gözlənilən 30 yaşlı futbolçunun bərpa prosesi istənilən səviyyədə keçməsə, butslarını birdəfəlik asacağı iddia edilir.
Statistik göstəricilərə nəzər salsaq, Mendinin 2019-cu ildə Madrid təmsilçisinə qoşulduğu gündən bəri 20-dən çox fərqli zədə yaşadığını və ümumilikdə 120-dən çox rəsmi oyunu kənardan izlədiyini görərik.
Bu xroniki zədələr futbolçunun həm fiziki, həm də psixoloji durumuna ciddi zərbə vuraraq onu radikal qərarlar vermək mərhələsinə gətirib çıxarıb.