Tramp administrasiyası dəniz və hava dəstəyindən istifadə edərək Hörmüz boğazından ticarət gəmilərini müşayiət etmək üçün keçirilən əməliyyatı bərpa etmək niyyətindədir.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Səudiyyə Ərəbistanı və Küveyt ABŞ ordusunun boğazı açmaq üçün əməliyyata başlamasından sonra tətbiq edilən bazalarından və hava məkanından istifadəsinə qoyulan məhdudiyyətləri ləğv edib.
Qəzet qeyd edir ki, bu məhdudiyyətlər Vaşinqtonu "Azadlıq Layihəsi" əməliyyatını başladıqdan 36 saat sonra dayandırmağa məcbur edən amillərdən biri olub.