Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Qırmızı dənizə daxil olub.
Publika.az xəbər verir ki, bu barədə BFMTV telekanalının efirində Fransa Müdafiə Nazirliyi yanında deleqat-nazir Alis Rüfo bildirib.
“Hal-hazırda aviadaşıyıcı Suveyş kanalından keçir və Qırmızı dənizdədir. Bu ilkin yerləşdirilmədir”, -deyə deleqat- nazir qeyd edib.
O, xatırladıb ki, bundan əvvəl gəmi Fransanın müttəfiqləri - Fars körfəzi ölkələrinə dəstək missiyası çərçivəsində Aralıq dənizinin şərq hissəsində mövqe tuturdu.