AZ

Hava limanına enən kimi ən azı bir siqaret çəkməyi adət halına gətirib - Pis vərdişi var

“İnter”in baş məşqçisi Kristian Kivu barədə maraqlı detal ortaya çıxıb.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, rumıniyalı çalışdırıcı siqaret çəkmək vərdişindən hələ də qurtula bilməyib.

Belə ki, o, matçlardan sonrakı müsahibələri tez-tez təxirə salır ki, əvvəlcə siqaret çəkib rahatlaşsın.

Kivu səfər oyunlarından sonra Milanın “Malpensa” hava limanına enən kimi ən azı bir siqaret çəkməyi də adət halına gətirib.

45 yaşlı mütəxəssis 2025-ci ilin yayında “İnter”in baş məşqçisi təyin olunub. Milan komandası onun rəhbərliyi altında cari mövsümdə A Seriyasının çempionluğunu vaxtından əvvəl təmin edib.

Bununla da, o, Joze Mourinyodan sonra ilk mövsümündə “İnter”i çempion edən ilk əcnəbi məşqçi olub.

Seçilən
18
sportinfo.az

1Mənbələr