
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi ölkəsinin Pakistanın vasitəçiliyi ilə daxil olan Amerika tərəfinin mesajlarını araşdırdığını bəyan edib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb. Bəqayi bildirib ki, İran tərəfi hələlik yekun nəticəyə gəlməyib və Amerika tərəfinə hər hansı rəsmi cavab verilməyib.
Qeyd edək ki, bundan əvvəl CNN telekanalı regiondakı mənbəsinə istinadən, İranın sülh yolu ilə həllə dair ABŞ-ın təklifinə bu gün cavab verəcəyini xəbər vermişdi. XİN rəsmisi əlavə edib ki, Tehranın cavabı vasitəçi rolunda çıxış edən Pakistan tərəfinə ötürüləcək.
Xatırladaq ki, “Axios” portalı Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoyacaq bir səhifəlik memorandum imzalamağa yaxın olduqlarını iddia etmişdi. Hazırda diplomatik kanallar vasitəsilə mesajların intensiv mübadiləsi davam edir.