
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana hiss etdirmədən bir neçə neft tankerini Hörmüz boğazından keçirməyə nail olub.
AFN.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, “Kplr” və “SynMax” şirkətlərinin məlumatlarına görə, Əbu-Dabi Milli Neft Şirkəti aprel ayında Fars körfəzində hərəkət edən dörd tanker vasitəsilə azı 6 milyon barel xam neft ixrac edə bilib.
Agentliyin üç ayrı mənbəsi bildirib ki, həmin tankerlər yüklərini ya Cənub-Şərqi Asiyaya gedən digər gəmilərə boşaldıb, ya Omanda lövbər salıb, ya da birbaşa Cənubi Koreyadakı neft emalı zavodlarına yollanıblar.
Məlumatda vurğulanır ki, dörd gəminin bu səfəri, İranın hücum hədələrinə baxmayaraq, istehsalçıların və alıcıların neft satışını artırmaq üçün hansı risklərə getməyə hazır olduqlarını nümayiş etdirir.