AZ

“Tehran ABŞ-dan təkliflər alıb və onu araşdırır” –İran XİN

İran Pakistanın vasitəçiliyi ilə aldığı ABŞ-ın təkliflərini araşdırır.

Azpost.info Tasnim agentliyinə istinadən bildirir ki, bu barədə İran XİN -nin sözçüsü İsmayıl Baqayi deyib.

“İran hələlik bir nəticəyə gəlməyib və Amerika tərəfinə heç bir cavab verilməyib”, – Baqayi bildirib.

CNN daha əvvəl regional mənbəyə istinadən bildirib ki, İran cümə axşamı günü münaqişənin sülh yolu ilə həlli üçün ABŞ-ın təklifinə cavab verməsi gözlənilir.

Bir müddət əvvəl İran XİN-nin sözçüsü İsmayıl Baqayi bildirib ki, İranın Amerika təklifinə cavabı vasitəçi kimi çıxış edən Pakistan tərəfinə göndəriləcək.

Axios daha əvvəl Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoymaqla bağlı bir səhifəlik memorandum imzalamağa yaxın olduqlarını bildirmişdi.

AzPost.az

Seçilən
23
azpost.info

1Mənbələr