ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Məşhur aktrisa Pelin Karahan bir dövrə damğa vuran “Kavak Yelleri” serialında çəkilən “basdırılma” səhnəsindən sonra panik atak keçirdiyini və həmin gündən terapiyaya başladığını etiraf edib.Aktrisa "YouTube" da yayımlanan “Masa Alakart” proqramında bildirib ki, “diri-diri torpağa gömülmə” səhnəsi onun üçün çox ağır keçib. Səhnə zamanı üzərinə yaş torpaq tökülüb və ondan nəfəsini tutması tələb olunub. Bu vəziyyət onun panik atak keçirməsinə səbəb olub və ertəsi gün terapiyaya başladığını deyib.Pelin Karahan həmin anı “barmağımı belə tərpədə bilmirdim” sözləri ilə təsvir edib və serialdakı intensiv dram səhnələrinin psixoloji vəziyyətinə mənfi təsir etdiyini bildirib.Eyni zamanda, aktrisa son günlərdə 12 illik evliliyinin sona çatması ilə də gündəmdədir. O və keçmiş həyat yoldaşı Bedri Güntay ayrılığın qarşılıqlı razılaşma ilə baş verdiyini açıqlayıblar.
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.