Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Queen"qrupunun gitaristi Brayan Meyə yaşadığı kənddə nərgiz gülləri əkmək təhlükəsizlik səbəblərinə görə qadağan edilib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, musiqiçi ötən il İngiltərənin Elsted kəndində kilsə qarşısındakı yaşıl ərazinin bəzədilməsi üçün minlərlə nərgiz fidanı bağışladıqdan sonra yerli icmada xüsusi rəğbət qazanmışdı. O, təxminən 3000 nərgiz fidanı hədiyyə edib və çiçəklərin böyümə prosesini sosial şəbəkələrdə mütəmadi paylaşıb. Payızda isə yerli məktəblilərin də əkin işlərinə kömək etdiyini bildirib.
Bu gönderiyi Instagram'da gör
Sir Brian May (@brianmayforreal)'in paylaştığı bir gönderi
Lakin növbəti il layihənin genişləndirilməsi planı yerli şura tərəfindən bloklanıb. Səbəb kimi yol hərəkəti təhlükəsizliyi göstərilib.
Brayan Mey "Instagram" paylaşımında bildirib ki, təklif olunan yeni əkin planı rədd edilib, çünki çiçəklərin yol görünüşünü məhdudlaşdıra biləcəyi iddia olunur. O isə 45 santimetr hündürlüyündə nərgizlərin görünüşə ciddi təsir göstərəcəyini başa düşmədiyini qeyd edib və ərazidə artıq daha iri nəqliyyat vasitələrinin də park edildiyini vurğulayıb.

Kəndin Elsted kilsə şurası isə qərarı təsdiqləyərək bildirib ki, ilkin plan qəbul edilməsə də, alternativ əkin yerləri təklif olunub. Rəsmilər yaşıl zonanın ictimai tədbirlər üçün istifadə olunduğunu, piyadalar tərəfindən tez-tez keçildiyini və açıq məkan kimi qorunmasının vacib olduğunu bildiriblər.
Bununla yanaşı, yerli sakinlər və könüllülər layihənin uğurlu olduğunu qeyd edərək qərarı tənqid ediblər.
Brayan Mey 2010-cu ildən etibarən heyvan hüquqlarının müdafiəsi ilə də məşğuldur və "Save Me” adlı xeyriyyə fondunun həmtəsisçisidir.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.