AZ

Fidan Rzayeva: Muzeylərdə keçirilən tədbirlər milli-mənəvi dəyərlərin təbliğini gücləndirir

Bakı, 7 may, AZƏRTAC

Rəsul Rzanın ev-muzeyində il ərzində bir sıra yubiley tədbirlərinin keçirilməsi planlaşdırılır.

Bu barədə AZƏRTAC-a açıqlamasında muzeyin direktoru Fidan Rzayeva məlumat verib.

O bildirib ki, bu cür tədbirlər görkəmli sənətkarların yaradıcılığının yeni nəslə tanıdılmasına, milli ədəbi irsin qorunaraq geniş auditoriyaya çatdırılmasına xidmət edir.

“Yubiley tədbirləri yalnız xatirə xarakteri daşımır, həm də milli-mənəvi dəyərlərin təbliğini gücləndirir. Xüsusilə gənclər klassik ədəbiyyatımıza daha çox maraq göstərir, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı ilə yaxından tanış olurlar”, – deyə F.Rzayeva qeyd edib.

Onun sözlərinə görə, il ərzində ədəbi-bədii gecələr, poeziya saatları, tematik sərgilər və gənclərlə görüşlər təşkil olunacaq.

Müxbir - Gülay Nəzərova

Seçilən
12
azertag.az

1Mənbələr