AZ

İsraildə bir nəfərdə hantavirus aşkarlanıb

İsraildə bir nəfərdə hantavirus aşkarlanıb

İsraildə bir neçə ay əvvəl Şərqi Avropada qaldığı müddətdə virusa yoluxduğu ehtimal edilən və simptomlar ortaya çıxdıqdan sonra tibbi yardım istəyən bir şəxsdə hantavirus aşkar edildiyi bildirilib.

AFN.az xəbər verir ki, İsrailin "Maariv" qəzetinin məlumatına görə, Argentinadan Qərbi Afrikadakı Kabo-Verdeyə gedən sərnişin gəmisində 3 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra ilk dəfə bir nəfərdə hantavirus təsdiqlənib.

Bir neçə ay əvvəl Şərqi Avropada olan şəxsin simptomlar müşahidə edildikdən sonra tibbi yardım üçün müraciət etdiyi qeyd olunan xəbərdə aparılan anticisim və PCR testləri nəticəsində hantavirusun aşkarlandığı diqqətə çatdırılıb.

Məlumatda xəstənin vəziyyətinin stabil olduğu, reanimasiya və ya karantinə ehtiyac duyulmadığı, buna baxmayaraq həkim nəzarətində saxlanıldığı ifadə edilib. Xəstənin kimliyi ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Qeyd edək ki, Argentinadan Qərbi Afrikadakı Kabo-Verdeyə (Yaşıl Burun adaları) yollanan "MV Hondius" adlı gəminin sərnişinlərində hantavirus aşkarlanmış və virusa yoluxan 3 nəfər həyatını itirmişdi.

Seçilən
13
afn.az

1Mənbələr