AZ

Ufuk Polat: "Qarabağdakı layihələr məcmi gəlirlərimizin 35-40%-ni təşkil edəcək"

Azərbaycanda fəaliyyət göstərən Türkiyə əsilli "Seranit Azərbaycan" şirkəti Qarabağda həyata keçiriləcək iri tender layihələrində iştirak etməyi planlaşdırır.

FED.AZ xəbər verir ki, bunu "Seranit Azərbaycan" MMC-nin (Seranit Granit Seramik) rəhbəri Ufuk Polat mətbuat nümayəndələri ilə keçilən görüşdə bildirib.  

Qarabağdakı layihələrlə bağlı planlardan danışan U.Polat 2025-ci ildən etibarən bölgədə fəaliyyətlərini genişləndirdiklərini bildirib: “Qarabağ məsələsində mənfəət və gəlir bizim üçün ikinci planımızdadır, əsas məqsədimiz bölgənin inkişafına töhfə verməkdir. İndiyədək Qarabağ layihələrindən şirkətin birbaşa maliyyə qazancı olmayıb. Yalnız Füzuli və digər hava limanı layihələrində texnoloji dəstək layihələri göstərilib. İlk mərhələdə dövlət siyasətinə uyğun olaraq yaşayış məntəqələrinin sürətli qurulması prioritet idi və bu layihələr əsasən iri yerli şirkətlər tərəfindən həyata keçirilirdi. “Hazırda bölgədə ticarət mərkəzləri, xəstəxanalar, məktəblər və muzeylər kimi daha funksional layihələr başlayır. Biz də bu mərhələdə keçiriləcək iri tenderlərdə iştirak etməyi planlaşdırırıq”, – deyə U.Polad vurğulayıb.

Şirkət rəhbəri qeyd edib ki, hazırda şirkətin ümumi gəlir porfelində Qarabağ layihələrinin xüsusi çəkisi 25% təşkil edir. Cari ilin sonunadək, yaxın gələcəkdə bu rəqəmin 35-40%-dək artması gözlənilir.  

Seçilən
13
fed.az

1Mənbələr