"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində uğurlu çıxışını davam etdirir.
90deqiqe.Az xəbər verir ki, B qrupunda mübarizə aparan "ağ-qaralar" keçirdiyi hər iki oyunda qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib. Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv əvvəlcə Polşa yığmasını 22:14, daha sonra isə Çin millisini 19:17 hesabı ilə məğlub edib.
Azərbaycan təmsilçisi 1/4 final mərhələsində sabah Monqolustan yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də start götürəcək.
Qeyd edək ki, turnirə mayın 8-də yekun vurulacaq.