Xalq artisti Nazpəri Dostəliyeva mərhum oğlu Əli ilə bağlı paylaşım edib.
Sənətçi nəvəsi Tamerlanla birlikdə oğlunun məzarını ziyarət etdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, oğlunun ad günü olduğunu bildirib:
“5 ildir sənsiz keçirdiyimiz ad günün mübarək. Ad günün mübarək, oğlum. Ad günün mübarək, ata".
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə, 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.//Demokrat.az
