AZ

"​Samsung"u olanlar parametrlər menyusunu yoxlasın

"Samsung" uzun müddətdir beta mərhələsində olan "One UI 8.5" yeniləməsinin stabil versiyasını istifadəyə verib.Metbuat.az xəbər verir ki, yeniləmə ilk olaraq Cənubi Koreyada yayımlanmağa başlayıb. İlk mərhələdə "Galaxy S25", "Galaxy S24", "Galaxy Z Fold 7", "Galaxy Z Flip 7" və "Galaxy Tab S11" modelləri yeniləməni alacaq cihazlar sırasında yer alıb. "One UI 8.5" ilə birlikdə "Quick Share" üzərindən "AirDrop" dəstəyi, inkişaf etdirilmiş foto redaktə alətləri, yeni enerji qənaəti rejimləri və əlavə təhlükəsizlik funksiyaları təqdim olunur. Yeniləmə həmçinin digər "Galaxy" cihazlarındakı fayllara daha rahat çıxış imkanı yaradır.

Şirkətdən bildirilib ki, yeniləmə mərhələli şəkildə digər regionlara və köhnə "Galaxy" modellərinə də təqdim ediləcək.

Seçilən
15
metbuat.az

1Mənbələr