AZ

Mayın 8-də qısa iş günü olacaq

Azərbaycanda sabah qısaldılmış iş günü olacaq.Metbuat.az xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq, 8 may ölkə üzrə qısaldılmış iş günü hesab ediləcək. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.Bu səbəbdən dövlət və özəl müəssisələrdə 8 may tarixində iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq.Qeyd edək ki, 9 May bu il şənbə gününə təsadüf etdiyindən, qanunvericiliyə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü hesab olunacaq.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
13
1
metbuat.az

2Mənbələr