AZ

İlon Mask və onun "X" şirkətinə qarşı araşdırma başlayıb

Paris Prokurorluğu sahibkar İlon Mask və onun "X" şirkətinə qarşı ilkin araşdırmaya başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Le Monde" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bu qərar Mask aprelin 20-də dindirməyə gəlmədikdən sonra qəbul edilib. Araşdırma həmçinin "X"in sabiq baş direktoru Linda Yakkarinoya qarşı da başlanılıb.

Daha əvvəl prokurorluq Avropol və Fransa jandarmının kibercinayətkarlıqla mübarizə bölməsi ilə birgə "X" şirkətinin Fransadakı ofislərində axtarışlar aparıb. Bu, alqoritmlərinin fəaliyyətindən edilən şikayətlərdən sonra 2025-ci ilin yanvarında sosial şəbəkəyə və İlon Maska qarşı başlanmış araşdırma ilə əlaqədar idi. Həmçinin, quraşdırılmış "Grok" çat-botunun Holokostun inkarı ilə bağlı materiallar və süni şəkildə yaradılmış intim xarakterli təsvirlər yayımlamasına dair şikayətlər də buna səbəb olub.

Seçilən
18
5
far.az

7Mənbələr