AZ

Qattuzo məşqçiliyə qayıdır?

İtaliya millisinin sabiq baş məşqçisi Cennaro Qattuzo baş məşqçilik karyerasını bərpa edə bilər.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis “Torino”ya rəhbərlik edə bilər.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, tərəflər artıq danışıqlara başlayıblar. A Seriyası təmsilçisi Qattuzo ilə 2+1 illik müqavilə imzalamağı planlaşdırır.

Razılaşma əldə olunacağı təqdirdə, 48 yaşlı mütəxəssisin illik maaşı bonuslarla birlikdə təxminən 1,5 milyon avro olacaq.

Qeyd edək ki, “Torino” hazırda İtaliya A Seriyasında 35 turdan sonra 41 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

İspaniya millisinin üzvü “Qalatasaray”ın hədəfində

Aziz Yıldırımdan digər namizədlərə: "Geri çəkilin”

“Arsenal”ın müdafiəçisi “Portu”da

Portuqaliyalı yarımmüdafiəçi “Yunayted”in radarında

Seçilən
45
apasport.az

1Mənbələr