AZ

Şirkət rəhbəri avtomobilini “Pokemon” kolleksiyasına DƏYİŞDİ – FOTO

ABŞ-də “Pokemon” pərəstişkarı “Audi R8” superkarını kart kolleksiyasına dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-dən olan “Pokemon” pərəstişkarı öz “Audi R8” superkarını “Sun & Moon” dövrünə aid Roulet, Litten, Popplio və digər məxluqların olduğu, dəyəri 140 min dollar (təxminən 238 000 manat) olan kart kolleksiyasına dəyişib.

Bu şəxsin adı Ceff Pritçettdir. O, avtomobillər üçün xüsusi elektronika istehsal edən “Rx Cluster Worx” şirkətinin sahibi olmaqla yanaşı, həm də “Siemens” şirkətində əməliyyat texnologiyaları şöbəsinin rəhbəridir.

Evlidir, iki uşağı var, qolf oynamağı və pokemonları sevir. Pokemonlara olan həvəsi uşaqlıq illərindən gəlir.

Superkarını kartlara dəyişdikdən sonra Ceff sosial şəbəkələrdə paylaşım edərək, nadir nüsxələri əldə etdiyinə görə çox xoşbəxt olduğunu və yaxın vaxtlarda böyük məmnuniyyətlə qutuları açaraq kolleksiyasına düzən verəcəyini yazıb.

Əlavə olaraq bildirək ki, daha əvvəl ingiltərəli Endryu Braund da köhnə “Pokemon” kartları kolleksiyasını sataraq 40 min dollardan (təxminən 68 000 manat) çox gəlir əldə etmişdi. O, bu pulla öz toy və bal ayı xərclərini ödəyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr