AZ

SSRİ-də “sanitar quldurlar” - prokurorun qardaşı oğlunun dəstəsi əhalini qorxuda saxlayıb

1970-ci illərin əvvəli Zafas Bartsitsin Suxumidəki gəncliyi gərgin keçib. Gənc oğlan əyləncələrə qapılıb və müəllim hazırlığı kollecində oxuyarkən qanunsuz maddələrə aludə olub. Bu aludəçilik üzündən o, soyğunçuluq edərkən tutulub, lakin respublika prokuroru olan əmisi işi tez bir zamanda bağlayıb. Daha sonra Zafasın atası onu tikinti institutuna və tikinti sahəsində işlərin birbaşa rəhbəri vəzifəsinə düzəldib.

Gənc adam sanki özünə gəlmiş kimi görünüb: Kommunist partiyasına daxil olub, Rostovda üçotaqlı mənzil alıb və çalışqan ailə başçısı olub. Amma əslində o, asılılığından tam qurtula bilməyib.

e9b8becd-9c0a-4e4a-a66f-8dc4f6f9f2f8.jpeg

Zafas təcili yardım şöbəsində yarımştat işləyən tibb tələbələri tərəfindən ona verilən maddələrlə bədənini zəhərləməyə davam edib. Bu, ucuz bir zövq deyildi, ona görə də Zafas varlı tanışlarını soymaq qərarına gəlib. Bunu etmək üçün o, bədbəxtlikdən qurtulmaqdan ötrü hər şeyə hazır olan bir dəstə qrup yaradıb. Onlar özlərini həkim kimi aparıblar, buna görə də onlara “sanitar dəstəsi” ləqəbi verilib.
“Barsik” ləqəbini aldıqdan sonra Zafas Bartsits qrupa rəhbərlik edib və eyni tibb tələbəsi tanışları vasitəsilə dəstə üçün geyimlər - xalatlar, papaqlar, əlcəklər və statoskoplar alıb. Şübhəli varlılara basqın etmək çox rahat olub. Quldurlar bilirdilər ki, onlar özlərini göstərməkdən qorxacaqlar və milisə müraciət etməyəcəklər.

Bundan əlavə, bu mühitdə onun etibarlı bir məlumatlandırıcısı - daha çox Xristya və ya “Qara ürək” kimi tanınan qanuni oğru Xaçeres Kosiyan var idi. Quldurların ilk qurbanı tərəvəz mağazasının direktoru Muradyan olub. Canilər özlərini onun həyat yoldaşına sanitar-epidemioloji işçi kimi təqdim edərək asanlıqla mənzilə giriblər və qadını bütün saxlanc yerləri göstərməyə məcbur ediblər. Qazanc isə böyük olub: pul, zinət əşyaları, İsveçrə saatı və idxal olunmuş xəz kürk olub. Qadın susmayıb və dərhal milisə zəng edib, amma quldurlar artıq ərazidən qaçıblar.

52fdbd1c-83ae-491b-8cc1-000c1d9f1def.jpeg

Bir həftə sonra onlar tikişçi Sannarovanın bütün zinət əşyalarını oğurlayıblar. Şüşə toplama məntəqəsinin rəisinə hücum istənilən nəticəni verməyib. Kişi müqavimət göstərib və saxlanc yerlərini göstərməyib. Quldurlar evdən qaşıqlar və ucuz zinət əşyaları ilə getrməyə məcbur olublar. Şəhərdə şayiələr yayılıb, insanlar tibb işçilərindən ehtiyat etməyə başlayıblar və onlardan kömək istəməməyə çalışıblar. Çox vaxt Rostov sakinləri təcili yardım maşınını görən kimi dərhal milisə qaçıblar.

Lakin bu, yeni qurbanların qarşısını ala bilməyib. Tezliklə şəhər tanınmış qara bazar iştirakçısı Larisa Slepakovaya və onun hamilə qızına hücum xəbəri ilə şoka düşüb. Quldurlar zərgərlik əşyalarını, pulları və təkrar satış üçün nəzərdə tutulmuş idxal əşyalarını oğurlayıblar. Bu dəfə “sanitarlar” heç bir şahid qoymayıblar. Bu, müstəntiqlərin Slepakovanın quldurları tanıdığına inanmasına səbəb olub. Detektivlər onun gizli mühasibat qeydlərinin olduğu dəftərini araşdırmağa başlayıblar. Lakin müştərilərinin adları şifrələndiyi üçün onları müəyyən etmək vaxt aparıb.

a37d3899-b484-48ba-8073-ea137a2c276e.jpeg

Bu vaxt “sanitarlar” qızıl alıcısı Hanzel Fişmanın evini qarət ediblər. Bu dəfə onun həyat yoldaşı qurban olub. Lakin dul qadın milislə əməkdaşlıq etməkdən imtina edib. Fişmanın arvadının ardınca rostovlu təqaüdçü quldurların qurbanı olub. Milis çaşqınlıq içində qalıb: adi bir yaşlı qadın necə acgöz quldurların diqqətini cəlb edə bilərdi? Lakin cavab döşəyin altında tapılıb. Qadın onun altında saysız-hesabsız xəzinə gizlədibmiş: nağd pul banderolları, qızıl və qiymətli zinət əşyaları, on əmanət kitabçası. Quldurlar bütün mənzili axtarıblar, lakin qızılların yeri tapa bilməyiblər və əliboş gediblər.

Slepakova ilə bağlı səs-küylü cinayət geniş ictimaiyyətin narahatlığına səbəb olub. Növbəti hücumlardan sonra insanlar milisə məktublar və şikayətlər göndəriblər və cinayətkarların tutulmasını tələb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları boş dayanmayıblar; onlar tibb tələbələri Ququşvili və Qvaramiyanın başçılıq etdiyi narkotik yuvasını tapmağı bacarıblar. Gənclər qanunsuz maddələr satdıqlarını etiraf ediblər və müştərilərinin adlarını çəkiblər. Milislər Zafas Bartsits adını eşidən kimi Slepakovanın dəftərini yada salıblar. Bartsits haqqında soruşulduqda, tələbələr ona tibbi forma, əlcək və stateskop verdiklərini etiraf ediblər. Dərhal əməliyyat başlayıb.

c766f092-e1ed-470b-8f96-682399c284de.jpeg

Hüquq-mühafizə orqanları tezliklə Bartsitsin ətrafını - Soltan Sultanov, Qriqori Kutateladze, Gennadi Dvornikov, Vladimir Daqoldiev, Xaloyan qardaşları və məlumat verən Xaçeres Kosiyani tutub. Nəticədə 60 şübhəlidən 40-ı müəyyən edilib və Zafas kimi 1981-ci ilin noyabr ayında həbs olunub. Tezliklə məlum olub ki, “sanitarlar”, demək olar ki, bütün Sovet İttifaqı ərazisində fəaliyyət göstəriblər. Quldurlar özlərini yalnız həkimlər kimi deyil, həm də santexnik, elektrik və milislər kimi təqdim ediblər. Nəticədə dəstə üzvləri müxtəlif həbs cəzalarına məhkum ediliblər. Xaçeres Kosiyan 15 il həbs cəzası alıb. Zafas Bartsits isə ölümdən yaxa qurtara bilib və doqquz il müddətinə azadlıqdan məhrum edilib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

Seçilən
24
musavat.com

1Mənbələr