AZ

Şirkət menenceri: “Caspian Agro Week” sərgisi təqdim olunan xidmət və məhsulların keyfiyyətinə görə fərqlənir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 may, AZƏRTAC

Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və müxtəlif sahələri təmsil edən şirkətlərin də əlaqələri var. Ötən il Bakıda oldum və yerli bazarı öyrənmək üçün bir sıra iş adamları ilə görüşdüm. Bu il isə sərginin keçiriləcəyini öyrənəndə burada iştirak etmək qərarına gəldik. Azərbaycanda bizim istehsal etdiyimiz məhsullara tələbatın olduğunu bilirəm və burada onlarla görüşəcəm.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgilərində iştirak edən Rusiyanın “Peter-Peat” torf və bağçılıq üçün müxtəlif orqanik gübrələr istehsal edən şirkətin meneceri Yelena Kuzneçova deyib.

“Baş ofisi Moskva şəhərində yerləşən şirkətə və şəhər bazarına hər dəfə gedəndə Azərbaycan istehsalı olan meyvə-tərəvəzlər alıram. Keyfiyyətinə görə seçilən Azərbaycan məhsullarının daha bol istehsalı üçün bizim şirkətin torfdan hazırladığı gübrələrdən istifadə etməsi faydalı olar. Müxtəlif orqanik qatqılarla hazırladığımız “Jivaya sila”, “Mineralnıy balans”, “Piter Deko”, “Peter Agro” məhsulları bağçılıqda və bostançılıqda geniş istifadə olunur. Azərbaycanda istixanalar, meyvə-tərəvəz bağları var. Buna görə də burada satış filialı açmağı düşünürük. Bizimlə tərəfdaşlıq etmək istəyən şirkət olsa Azərbaycanda bigə istehsal müəssisəsinin yaradılmasını da nəzərdən keçirə bilərik.

Belə tədbirlər təkcə iki ölkə arasında deyil, beynəlxalq səviyyədə iqtisadi əlaqələri artırır, biznesin inkişafına, istehsal olunan məhsulların idxal və ixracına müsbət təsir göstərir. Biz bir çox sərgilərdə iştirak etmişik. Lakin Azərbaycanda keçirilən “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgisi iştirakçıların sayına, təqdim olunan xidmət və məhsulların keyfiyyətinə görə fərqlənir”, - deyə şirkət menenceri sözlərinə əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azertag.az

2Mənbələr