Bəhreyn Nümayəndələr Palatası konstitusiya və daxili nizam-intizam qaydalarına əsaslanaraq üç millət vəkilini vəzifəsindən uzaqlaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə “Fars News” məlumat yayıb.
Bildirilib ki, deputatların vəzifədən uzaqlaşdırılmasına səbəb onların son dövrlərdə ölkədə “İranla əlaqədə və ya İrana rəğbətdə ittiham olunan şəxslərə qarşı görülən tədbirlər”i tənqid etmələri olub.
Xüsusilə, həmin şəxslərə qarşı tətbiq edilən sərtləşdirilmiş prosedurlar, o cümlədən vətəndaşlığın ləğvi kimi qərarlara qarşı çıxışlar parlamentdə narazılıq doğurub.
Həmin şəxslər İranı dəstəkləməkdə və milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərlə əlaqədə olmaqda ittiham olunurlar.