AZ

Əks yolda təhlükə yaradan sürücü azyaşlının həyatını da riskə atdı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 77-LT-086 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü qarşısındakı nəqliyyat vasitələrini ötmək məqsədilə əks istiqamətli yola çıxaraq hərəkət edib. Nəticədə o, qarşıdan gələn avtomobillər üçün təhlükəli vəziyyət yaradıb.

Kadrlarda diqqət çəkən digər məqam isə avtomobildəki azyaşlı sərnişinin davranışı olub. Arxa oturacaqda əyləşən uşaq hərəkət zamanı bədəninin yarısını və qollarını avtomobilin pəncərəsindən çıxararaq yolboyu bu şəkildə davam edib.

Qeyd edək ki, yüksək sürət və intensiv hərəkət olan yollarda bu cür davranışlar qəfil təhlükəli nəticələrə səbəb ola bilər. Xüsusilə azyaşlı sərnişinlərin təhlükəsizlik qaydalarına uyğun daşınmaması ən kiçik ani manevr və ya toqquşma zamanı ağır xəsarət riskini artırır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
avtosfer.az

1Mənbələr