AZ

“Shahed” yağışı: Rusiya Ukraynaya 6 mindən çox dron göndərib

Rusiya İran istehsalı dronlarla kütləvi hücumlar həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədəUkraynanın Hava Hücumundan Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, aprel ayında Rusiya tərəfindən həyata keçirilən hücumlarda 6 mindən çox dron və raket vurulub və ya sıradan çıxardılıb.

Məlumata görə, Rusiya son bir ay ərzində Ukraynaya qarşı 6583 ədəd İran istehsalı olan “Shahed-136” dronundan istifadə edib. Onlardan 5861-i vurulub.

Həmçinin 141 qanadlı və ballistik raket istifadə edilib ki, onların da 89-u məhv edilib.

Seçilən
12
publika.az

1Mənbələr