
Mənbənin verdiyi məlumata görə, Ukrayna tərəfinin baş danışıqçısı Rüstəm Umerov ABŞ nümayəndələri ilə görüşmək üçün Mayamiyə gəlib. Son aylarda Rusiyanın Ukraynadakı müharibəsini dayandırmaq üçün aparılan sülh danışıqları çıxılmaz vəziyyətə düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Kiyev ümid edirdi ki, Amerikanın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner yazın əvvəlində Ukraynaya səfər edəcəklər, lakin bu baş vermədi. Vaşinqtonun diqqəti böyük ölçüdə Ukraynadan İranla olan müharibəyə yönəlib.
Mənbə digər əlavə təfərrüatları açıqlamayıb.
Məryəm Quliyeva