AZ

Goranboyda şadlıq sarayında nöqsanlar aşkarlandı FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Goranboy rayonu Düzqışlaq kəndində fəaliyyət göstərən Verdiyev Azər Nəriman oğluna məxsus "Eşqin" şadlıq sarayında yoxlama keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İctimai iaşə obyektində havalandırma sisteminin quraşdırılmadığı, manqalxana, soyuq qəlyanaltıların hazırlanması və yuma sahəsində döşəmə, divar səthlərinin asan yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı və korroziyaya uğradığı aşkarlanıb.

Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
2
avtosfer.az

3Mənbələr