ain.az, Avtosfer saytına istinadən bildirir.
Almaniyada yanacağın qiymətinin artırılmasına tətbiq edilən məhdudiyyət əks nəticə verib.
Avtosfer.az xəbər verir ki, aprelin 1-dən tətbiq edilən qaydaya görə qiymət artımına sutkada yalnız 1 dəfə, saat 12.00-da icazə verilir. Qiymətin aşağı salınması isə sərbəstdir.
Lakin SVR televiziyasının apardığı araşdırmada ötən ay 60 mindən çox qanunsuz qiymət artımı halı qeydə alınıb. Məsələn, Bavariyada məntəqələrdən biri qiyməti hər gün 10.30-da 15 sent artırıb. 4 minədək yanacaqdoldurma məntəqəsində isə artımlar icazəverilən vaxtdan 5 dəqiqə kənara çıxıb.
Qiymətləri gündə bir dəfə kəskin qaldırmaqla satıcılar topdansatış qiymətlərinin bahalaşmasından yaranacaq itkiləri qarşılamağa çalışırlar. Bu səbəbdən alman sürücülər benzinin hər gün təxminən 5 sent bahalaşdığına şahidlik ediblər. Dizel yanacağında isə oxşar problemə rast gəlinməyib.
Medianın qənaətinə görə, hökumətin “saat 12 qərarı” şəffaflığı təmin etsə də, səmərəsiz olub. Sürücülər benzinə daha çox pul ödəməli olublar.
Vüqar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.