Ermənistanın Baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" partiyasının lideri, milyarder Samvel Karapetyanın ona ünvanladığı son açıqlamalardan birinə cavab verib.
Moderator.az xəbər verir ki, bu haqda "Armenian Times" nəşri məlumat yayıb.
Samvel Karapetyan sözün əsl mənasında bildirib ki, "Paşinyan Çindən Ermənistana 1 ton halüsinogen göbələk gətirib, o, onları hər seansdan əvvəl yeyir".
"Mənə Kaluga oliqarxının bir ton halüsinogen göbələk haqqında axmaq açıqlaması göstərildi. Təbii ki, mən məhkəməyə verəcəyəm və sözün hüquqi mənasında Kaluga oliqarxına bir ton halüsinogen göbələk yedirəcəyəm. Lüğətimə görə bağışlayın, amma hər şeyin öz həddi var", - Baş nazir bəyan edib.